Adiyat - 100:7
Üstəlik buna da şahiddir.
Dirilmə günü insanın öz-özünə qarşı şahidliyi:
Ənam/6:130
Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Əraf/7:37
Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
Nur/24:24
O gün ki, dilləri, əlləri və ayaqları onların etdikləri hər şeyə şahidlik edəcəklər.
Ya sin/36:65
O gün ağızlarına möhür vurarıq, sonra da Bizimlə əlləri danışar və etdiklərinə də ayaqları şahidlik edər.
Fussilət/41:20
Nəhayət, oraya yetişdiklərində, onların eşitmə, görmə orqanları və dəriləri etdikləri haqqında şahidlik edər.
Fussilət/41:21
Dərilərinə, "Nə üçün bizə qarşı şahidlik etdiniz?" deyə soruşarlar. Onlar da, "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk yaradan Odur və məhz Ona döndərilirsiniz," deyərlər.