Huməzə - 104:1
Təəssüflər olsun hər dedi-qoduçuya və iftiraçıya.
"Vay olsun hər dedi-qoduçuya və iftiraçıya.": Əlaqəli
Huməzə/104:1
Təəssüflər olsun hər dedi-qoduçuya və iftiraçıya.
Qaləm/68:10
Bunların heç birinə uyma: tez-tez and içən, alçağ,
Qaləm/68:11
İftiraçı, sözgəzdirən,
Qaləm/68:12
Yaxşılığa və yardıma əngəl olan, mütəcaviz, günahkar.
Qaləm/68:13
İnsafsız və saxtakar.
Nisa/4:112
Kim bir xəta yaxud bir günah işləyər, sonra da onu bir günahsızın üzərinə atarsa, şübhəsiz böyük bir iftira və açıq-aşkar bir günah yüklənmiş olar.
Nur/24:4
Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
Nur/24:11
O iftiranı, sizdən bir banda uydurdu. Onun sizin üçün pis olduğunu sanmayın; əksinə sizin üçün xeyirlidir (bir dərsdir). Bu arada, onlardan hər biri günahı paylaşmışdır. Başçılıq edənləri də böyük bir cəzaya layiqdir.
Nur/24:12
Onu eşitdiyiniz zaman, siz iman edən kişi və qadınların bir-biriniz haqqında yaxşı düşüncələrə sahib olaraq, "Bu açıq-aşkar böyük bir yalandır," deməli deyildinizmi?
Nur/24:13
Dörd şahid gətirməli deyildilərmi? Şahidlər gətirmədiklərinə görə onlar Allah yanında yalançılardandır.
Nur/24:14
Allahın sizə dünya və axirətdə lütfü və mərhəməti olmasaydı, batıb-bulaşdığınız o hadisədən ötrü sizə böyük bir cəza toxunacaqdı.
Nur/24:15
Onu dilinizə dolamış və haqqında bir bilginiz olmayan bir mövzuda ağzınızı açıb danışırdınız. Onu bəsit bir şey sanmışdınız. Halbuki o, Allah yanında böyükdür.
Nur/24:16
Onu eşitdiyiniz zaman, "Bunu danışmağımız doğru deyil. Sən Ucasan. Bu böyük bir iftiradır," deməli deyildinizmi?
Nur/24:17
İman edənlərsinizsə, Bənzərini təkrarlamayasınız deyə Allah sizə öyüd verir.
Nur/24:23
İffətli və (pisliklərdən) xəbərsiz iman edən qadınlara iftira edənlər, dünya və axirətdə lənətlənirlər və onlar üçün böyük bir cəza vardır.
Əhzab/33:58
İman edən kişiləri və iman edən qadınları, etmədikləri bir şeydən dolayı incidənlər, əlbəttə bir iftira və açıq-aşkar bir günah yüklənmişlərdir.
Hucurat/49:6
Ey iman edənlər, pis xarakterlərə sahib birisi sizə bir xəbər gətirərsə onu araşdırın. Yoxsa bilmədən bir topluluğa qarşı haqsızlıq edərsiniz və daha sonra etdiyinizdən peşman olarsınız.