Maun - 107:6 Onlar ki, riyakardırlar
Namazda, yardımda, inancda riyakarlıq edənlər.
Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.

Bəqərə/2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.

Nisa/4:38 Bunlar, mallarını özlərini göstərmək üçün insanlara verir. Allaha və axirət gününə iman etməzlər. Kimin yoldaşı şeytan olmuşsa, çox pis bir yoldaşa sahib olmuşdur.

Ənfal/8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.

Tovbə/9:54 Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.