Kafirun - 109:1
De ki, "Ey inkar edənlər."
1, 2... 6 ayetleri bağlamında; "Ben, sizin kulluk/hizmet ettiklerinize hizmet etmem, "Siz de benim kulluk/hizmet ettiğime hizmet etmezsiniz." İlişkili:
Bəqərə/2:145
Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.
Bəqərə/2:120
Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.
Ənam/6:56
De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."
Yunus/10:104
De ki,“Ey insanlar, dinimdən bir şübhə duyursunuzsa, biləsiniz ki, sizin Allahdan başqa qulluq/xidmət etdiyiniz kimsələrə qulluq/xidmət etmərəm. Mən ancaq, sizin canınızı alan Allaha qulluq/xidmət edirəm. İman edənlərdən olmaqla əmr olundum."
Zumər/39:11
De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12
"Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."
Zumər/39:13
De ki, "Rəbbimə qarşı gələrsəm, Böyük Günün əzabından qorxaram."
Zumər/39:14
De ki, "Dinimi yalnız Allaha xas edərək Ona qulluq/xidmət edirəm."
Zumər/39:15
"Siz də Ondan başqa istədiyinizə qulluq/xidmət edin." De ki, "Əsl ziyana uğrayanlar, axirət günündə özlərini və ailələrini ziyana uğradanlardır." Açıq-aşkar ziyan budur.
Ğafir/40:66
De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."
Kafirun/109:1
De ki, "Ey inkar edənlər."
Kafirun/109:2
"Mən, sizin qulluq/xidmət etdiklərinizə xidmət etmərəm."
Kafirun/109:3
"Siz də mənim qulluq/xidmət etdiyimə xidmət etməzsiniz."
Kafirun/109:4
"Mən əsla sizin qulluq/xidmət etdiklərinizə xidmət edəcək deyiləm."
Kafirun/109:5
"Siz də mənim qulluq/xidmət etdiyimə xidmət edəcək deyilsiniz."
Kafirun/109:6
"Sizin dininiz sizə, mənim dinim mənə."