Yunus - 10:10 Oradakı duaları: "Tanrımız, Sən Ucasan," oradakı salamlaşmaları: "Salam," və dualarının sonu da: "Tərif aləmlərin Rəbbi Allahadır," (sözləridir).
Dirilmə günü aləmlər yeni aləmlərlə dəyişdirilmiş olacaq:
İbrahim/14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...

İsra/17:99 Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.

Ya sin/36:81 Göyləri və yeri yaradan onların bənzərini yaratmağa güc yetirə bilməzmi? Gerçəkdən O, Yaradandır, Biləndir.