Yunus - 10:10
Oradakı duaları: "Tanrımız, Sən Ucasan," oradakı salamlaşmaları: "Salam," və dualarının sonu da: "Tərif aləmlərin Rəbbi Allahadır," (sözləridir).
Cənnətdə salam:
Əhzab/33:44
Onunla qarşılaşdıqları gün rifah istəkləri Salamdır (sülhdür/güvənlikdir). Onlara böyük bir mükafat hazırlamışdır.
Vaqiə/56:25
Orada nə bir yersiz-tutarsız söz, nə də günaha salan bir söz eşitməzlər.
Vaqiə/56:26
Sadəcə, "Salam, salam," deyərlər.
Rad/13:24
"Səbr etdiyinizə görə salam (sülh, hüzur) sizə olsun. Bu necə də gözəl son məskəndir."
İbrahim/14:23
İman edən və müttəqi davrananlar, içindən çaylar axan cənnətlərə daxil edilmişlərdir. Rəblərinin izni ilə orada daimi qalarlar. Oradakı həyat təmənniləri, "Salamdır."
Ya sin/36:55
Cənnət əhli o gün zövq və əyləncə ilə məşğuldurlar.
Ya sin/36:56
Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.
Ya sin/36:57
Onlar üçün meyvələr və istədikləri hər şey vardır.
Ya sin/36:58
Rəhim olan Rəbdən söz olaraq "Salam" vardır.