Yunus - 10:104
De ki,“Ey insanlar, dinimdən bir şübhə duyursunuzsa, biləsiniz ki, sizin Allahdan başqa qulluq/xidmət etdiyiniz kimsələrə qulluq/xidmət etmərəm. Mən ancaq, sizin canınızı alan Allaha qulluq/xidmət edirəm. İman edənlərdən olmaqla əmr olundum."
Tək keçərli din:
Ali İmran/3:64
De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Rum/30:30
Təkallahlı biri olaraq özünü dinə həsr etməlisən. Həqiqətən, Allah insanları belə bir yaradılış ilə donataraq yaratmışdır. Allahın yaratmasında dəyişiklik olmaz. Bu, tam kamil bir dindir, fəqət insanların çoxu bilməz.
Bəqərə/2:133
Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Əraf/7:29
De ki: "Rəbbim ədaləti əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."
Tovbə/9:31
Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
Ənam/6:162
De ki: "Namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür."
Ənam/6:163
"Onun ortağı yoxdur. Bununla görəvləndirildim və mən hər kəsdən öncə təslim oluram."
Yusuf/12:40
"Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."
Saff/61:9
O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...
Beyyinə/98:5
Halbuki onlardan, dini sadəcə Allaha aid edən təkallahlılar (monoteist) olaraq Ona qulluq etmələri, namazı qorumaları və zəkatı vermələri istənilmişdi. Bax, ən doğru din budur.
Ali İmran/3:85
Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.
Maidə/5:3
Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.