Yunus - 10:104 De ki,“Ey insanlar, dinimdən bir şübhə duyursunuzsa, biləsiniz ki, sizin Allahdan başqa qulluq/xidmət etdiyiniz kimsələrə qulluq/xidmət etmərəm. Mən ancaq, sizin canınızı alan Allaha qulluq/xidmət edirəm. İman edənlərdən olmaqla əmr olundum."
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.