Yunus - 10:107 Allah sənə bir zərər toxundurarsa onu, Ondan başqa ortadan qaldıracaq yoxdur. Sənin üçün bir yaxşılıq diləyərsə, Onun lütfünü də geri çevirəcək yoxdur. Qullarından istədiyinə bunu verir. O, Bağışlayandır, Rəhmlidir.
İstədiyi qullarına endirdiyi lütfü; Peyğəmbərlik və Kitab:
İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.

Bəqərə/2:253 O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.

Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.

Hədid/57:29 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.