Yunus - 10:109
Sənə vəhy ediləni izlə; Allah hökm verincəyə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır.
Bizə vəhy edilən Qurana tabe olmalıyıq:
Rum/30:60
Elə isə səbr et. Allahın sözü gerçəkdir. Qəti inanca sahib olmayanlar səni etinasızlığa sürükləməsin.
Əraf/7:3
Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!
Ənam/6:106
Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.
Əhzab/33:2
Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.
Zuxruf/43:43
Sənə vəhy edilənə sarıl; çünki sən doğru yoldasan.
Zuxruf/43:44
Bu, sənə və xalqına bir mesajdır; ondan sorğu-sual olunacaqsınız.
Casiyə/45:18
Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
Əhqaf/46:9
De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."
Zumər/39:55
O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Ənam/6:50
De: "Sizə, Allahın xəzinələri mənim yanımdadır demirəm. Gizli olan şeyləri də bilmirəm. Sizə, bir mələk olduğumu da söyləmirəm. Sadəcə mənə vəhy ediləni izləyirəm." Bunu da söylə: "Kor ilə görən eynidirmi?" Düşünmürsünüz?