Yunus - 10:2
Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
Öz aralarından bir adamın elçi göndərilməsini nə üçün qəribə qarşıladılar?
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Furqan/25:7
Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8
"Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Ənbiya/21:3
Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ya sin/36:15
Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:154
"Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Muminun/23:33
Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Muminun/23:34
"Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."