Yunus - 10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.
Sizi quruda hərəkət etdirən:
Ənam/6:142 Kənd təsərrüfatı heyvanları,  minməyiniz, kəsməyiniz və ya onlardan yataq materialı çıxarmanız üçündür. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.

Nəhl/16:5 Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Nəhl/16:6 Ayrıca boş zamanlarınızda və səyahətlərinizdə sizin üçün onlarda bir komfort və zövq vardır.
Nəhl/16:7 Və sizin yüklərinizi də, öz-özünüzə ancaq çətinliklə apara biləcəyiniz bölgələrə daşıyırlar. Rəbbiniz əlbəttə Raufdur, Rəhmlidir.
Nəhl/16:8 Minməyiniz və əylənməyiniz üçün atları, qatırları və eşşəkləri yaratdı və daha bilmədiyiniz bir çox şeyi də yaradır.

Ğafir/40:79 Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.
Ğafir/40:80 Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.