Yunus - 10:32 Bax Gerçək Rəbbiniz Alah budur. Elə isə gerçəkdən sonra azğınlıqdan başqa nə qalır? Necə də çevrilirsiniz?
"Bilin Gerçək Rəbbiniz olan Allah budur": Əlaqəli
Zumər/39:6 Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?

Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Yunus/10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
Yunus/10:32 Bax Gerçək Rəbbiniz Alah budur. Elə isə gerçəkdən sonra azğınlıqdan başqa nə qalır? Necə də çevrilirsiniz?