Yunus - 10:35 De ki, "Ortaqlarınızdan hansı gerçəyə yetişdirə bilir?" De ki, "Allah gerçəyə yetişdirir. Gerçəyə yetişdirənmi tabe olunmağa daha uyğundur, yoxsa gerçəyə yetişdirilmədikcə gerçəyi tapa bilməyənmi? Necə hökm verirsiniz?"
Allah gerçəyə necə yönləndirir?
Əhqaf/46:30 Dedilər: "Ey xalqımız,  Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."

Bəqərə/2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.

Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.

Tovbə/9:33 O, elçisini hidayətlə və gerçək dinlə göndərdi ki, onu bütün dinlərə üstün etsin. Bütpərəstlər istəməsə də...

Yunus/10:82 Allah sözləriylə haqqı gerçəkləşdirir. Günahkarlar xoşlanmasa da...

İsra/17:81 Və bunu bildir ki: "Gerçək gəlmiş, yanlış isə ortadan qalxmışdır. Onsuz da yanlış, məhv olmağa məhkumdur."
İsra/17:105 Gerçəkdən onu Biz nazil etdik və o gerçək ilə nazil oldu. Səni də ancaq bir müjdələyici və xəbərdarlıq edən olaraq göndərdik.

Ənbiya/21:18 Xeyr, Biz gerçəyi batilin üstünə atarıq, sonra da onu məğlub edib məhv edər. (Allaha) isnad etdiklərinizdən ötrü vay halınıza.

Səba/34:49 De ki, "Gerçək gəlmişdir; Batil isə nə yeni bir şeyi yarada bilər, nə də təkrarlaya bilər."

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.

Muhəmməd/47:3 Çünki inkar edənlər batilə tabe olmaqda, iman edənlər isə Rəblərindən gələn gerçəyə tabe olmaqdadırlar. Allah insanların vəziyyətini belə sərgiləyər.

Nəcm/53:28 Onların bu mövzuda bir bilgiləri yoxdur, onlar ancaq zənnə uyurlar. Zənn isə gerçəyin yerini tuta bilməz.