Yunus - 10:47
Hər bir camaat üçün bir elçi vardır. Elçiləri gəldiyi zaman ədalətlə mühakimə olunarlar və əsla onlara zülm edilməz.
"Elçiləri gəldiyi zaman.": Məqsəd nədir?
Zumər/39:69
Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
İsra/17:71
Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.
Nisa/4:41
Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?
Nəhl/16:89
Hər topluluğun içindən, özlərinə qarşı bir şahid göndərdiyimiz, bunlara qarşı da səni şahid olaraq gətirdiyimiz gün... Biz sənə bu kitabı, hər şeyi açıqlayan, bir yol göstərici, bir rəhmət və müsəlmanlara bir müjdə olaraq nazil etdik.
Nisa/4:157
Və Allahın elçisi "Məryəm oğlu İsa Məsihi öldürdük," – demələrindən ötrü... Halbuki onu öldürmədilər və onu asmadılar; Fəqət elə etdiklərini sandılar. Bütün məzhəblər bu mövzuda şübhə içindədir. Onların bu mövzuda bir biliyi yoxdur; sadəcə zənnə uyurlar. Qətiyyən onu öldürmədilər.
Nisa/4:158
Əksinə, Allah onu Özünə yüksəltdi; Allah Üstündür, Hikmət Sahibidir.
Nisa/4:159
Özlərinə kitab verilənlərdən hər biri ölümündən öncə ona iman etmək məcburiyyətindədir. Dirilmə Günü isə o onlara qarşı şahid olacaqdır.
Furqan/25:27
O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28
"Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29
"Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
Furqan/25:30
Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."
Əhzab/33:45
Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Əhzab/33:46
Allaha, Onun izni ilə çağıran bir dəvətçi və aydınladıcı bir nur olaraq...