Yunus - 10:47 Hər bir camaat üçün bir elçi vardır. Elçiləri gəldiyi zaman ədalətlə mühakimə olunarlar və əsla onlara zülm edilməz.
Dirilmə günü hər kəs ədalətlə mühakimə olunar:
Bəqərə/2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Bəqərə/2:281 Allaha döndəriləcəyiniz gündən çəkinin. Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcək.

Ali İmran/3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nisa/4:85 Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Nisa/4:123 Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.

Ənam/6:160 Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.

Əraf/7:8 O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.
Əraf/7:9 Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.

Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Ta ha/20:112 İnanclı olduğu halda müttəqi davrananlar heç bir haqsızlıqdan və çətinlikdən qorxmayacaqdır.

Ənbiya/21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.

Muminun/23:101 Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.
Muminun/23:102 Tərəziləri ağır gələnlər, məhz onlar qazanacaqlar.
Muminun/23:103 Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.

Nəml/27:89 Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.

Qasas/28:84 Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.

Ya sin/36:54 Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.

Saffat/37:38 Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39 Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.

Ğafir/40:17 O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.
Ğafir/40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.

Əhqaf/46:19 Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.

Qaf/50:28 O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29 "Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."

Tur/52:21 Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.

Zəlzələ/99:7 Kim bir atom ağırlığında yaxşılıq edərsə, onu görər.
Zəlzələ/99:8 Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.