Yunus - 10:48 "Bu söz nə zaman gerçəkləşəcək?" deyirlər."
10: 48, 49 ilə əlaqəli:
Əraf/7:187 Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Əraf/7:188 De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."