Yunus - 10:49 De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."
Elçilər bizim kimi insanlardır:
İsra/17:93 "Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
İsra/17:94 Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
İsra/17:95 De ki: "Yer üzündə məskunlaşıb, gəzib dolaşanlar mələklər olsaydı, onlara göydən bir mələyi elçi göndərərdik."

Yusuf/12:109 Səndən öncə, şəhərlərin əhalisinin arasından (seçib) vəhy etdiyimiz adamlardan başqasını göndərmədik. Yer üzünü gəzib dolaşıb özlərindən öncəkilərin aqibətini görmürlərmi? Müttəqilər üçün axirət yurdu daha yaxşıdır; anlamırsınız?

Ali İmran/3:144 Muhəmməd sadəcə bir elçidir və ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdir. Ölər yaxud öldürülərsə geriyəmi dönəcəksiniz? Səbatsızlar Allaha heç bir zərər verə bilməz. Allah şükür edənləri mükafatlandıracaqdır.

İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.

Kəhf/18:110 De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."

Furqan/25:20 Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.

Fussilət/41:6 De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"

Əhqaf/46:9 De ki, "Mən qeyri-adi bir elçi deyiləm. Mənə və sizə nə olacağını da bilmirəm. Mən, ancaq mənə vəhy edilənə tabe oluram. Mən açıq-aşkar bir xəbərdar edəndən başqa bir şey deyiləm."

Nəhl/16:43 Səndən öncə, adamlardan/iki ayaq üzərində yeriyənlərdən başqasını elçi olaraq göndərmədik; onlara vəhy etdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.

Muminun/23:24 Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."

Ya sin/36:15 Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."