Yunus - 10:5
O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.
Allah göyləri və yeri hansı gerçək üçün yaratmışdır?
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Ənbiya/21:16
Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.
Casiyə/45:22
Allah göyləri və yeri bəlli bir məqsəd üçün yaratdı ki, hər can, qazandığının qarşılığını haqsızlığa uğramadan görsün.
Əhqaf/46:3
Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.
Kəhf/18:7
Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.