Yunus - 10:52 Sonra zülm edənlərə: "Əbədi əzabı dadın" deyilər, "Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?"
"Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?": Əlaqəli ayə:
Ənfal/8:50 İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
Ənfal/8:51 "Bu, əllərinizin etdiyinə qarşılıqdır. Allah əlbəttə qullara zalım deyildir."

İsra/17:13 Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14 Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.

Həcc/22:10 "Bu, əllərinin sənin üçün edib önə sürdüyü işlərdən ötrüdür." Allah qullara zülm edən deyildir.

Yunus/10:52 Sonra zülm edənlərə: "Əbədi əzabı dadın" deyilər, "Qazandığınızdan başqa bir qarşılıqmı gözləyirdiniz?"

Saffat/37:38 Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39 Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.