Yunus - 10:53 "Bu gerçəkdən doğrudurmu?" deyə səndən xəbər gözləyirlər. De ki: "Əlbəttə, Rəbbimə and olsun ki, o gerçəkdir və siz onu əngəlləyə bilməzsiniz!"
Allahın diləməsinə kimsə əngəl ola bilməz:
Fatir/35:2 Allahın insanlara bağışladığı bir rəhməti əngəlləyə biləcək yoxdur. Onun qarşısını aldığını da, Ondan başqa gödərə biləcək yoxdur. O Üstündür, Hikmət Sahibidir.

Ənkəbut/29:21 İstədiyini cəzalandırır və istədiyinə acıyır; Ona çevriləcəksiniz.
Ənkəbut/29:22 Onun önünə keçə bilməzsiniz, yerdə və göydə. Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.

İsra/17:54 Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.

Mulk/67:28 De ki, "Baxın, Allah yanımdakılarla birlikdə məni həlak edərsə, yaxud bizə mərhəmət göstərərsə, inkar edənləri ağrılı-acılı əzabdan kim qurtara bilər?"