Yunus - 10:59
De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"
Allaha necə iftiralar atıb, ruziləri haram və halal etdilər?
Yunus/10:59
De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"
Nəhl/16:116
Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.
Hud/11:18
Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
Ənam/6:144
Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənam/6:140
Cəhalətləri üzündən Allaha iftiralar edərək övladlarını axmaqca öldürənlər və Allahın onlara verdiyi ruziləri haram edənlər ziyana uğramışlardır, azmışlardır. Doğrunu görə bilməzlər.
Maidə/5:103
Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
Ənam/6:93
Allah adına yalan uydurandan və özünə heç bir şey vəhy edilmədiyi halda, "Mənə vəhy edilir," deyəndən və "Allahın endirdiyi kimi mən də endirəcəyəm," deyəndən daha zalım kim ola bilər? Can verdikləri vaxt zalımları bir görəsən! Mələklər, əllərini uzatmışdır: "Canınızı verin! Allah haqqında gerçək olmayanı söyləmənizə və Onun ayələrini (vəhyini və möcüzələrini) kibr və qürurla qarşılamanıza görə bu gün utandırıcı əzabla cəzalandırılacaqsınız."
Ali İmran/3:78
Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.
Ənkəbut/29:16
İbrahimi də... Xalqına demişdi ki, "Allaha qulluq edin və Onu hörmətlə dinləyin. Bilirsinizsə, bu sizin üçün daha yaxşıdır."
Ənkəbut/29:17
"Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
Yusuf/12:40
"Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."
Saffat/37:149
Soruş onlardan, "Qızları sənin Rəbbinə, oğlanları özlərinəmi ayırırlar?"
Saffat/37:150
Yoxsa mələkləri, onların gözü önündə dişi olaraqmı yaratdıq?
Saffat/37:151
Əslində, onlar uydurduqları (yalan) üzündən deyirlər ki,
Saffat/37:152
"Allah doğmuşdu." Onlar yalançıdırlar.
Saffat/37:158
Hətta Onunla cinlər arasında bir əqrəbalıq uydurdular. Halbuki cinlər bilirlər, onlar haqq-hesaba çəkiləcəklər.
Ənam/6:112
Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Əhqaf/46:28
Allahdan başqa, Ona yaxınlaşmaq məqsədi ilə seçdikləri tanrılar onlara yardım etməli deyildimi? Əksinə, onları tərk etdilər. Məhz onların yalanları və uydurmaları belədir.
Əraf/7:32
De ki: "Allahın, Öz qulları üçün yaratdığı süsləri və gözəl ruziləri kim haram edə bilər?" De ki: "Onlar dünya həyatında iman edənlər üçündür, axirətdə isə sadəcə onlar üçündür." Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
Ənam/6:119
Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.