Yunus - 10:68 "Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?
Allaha övlad yaraşdırmanın təhlükəsi:
Məryəm/19:88 Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:90 Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:92 Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93 Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.

Ənam/6:101 Göyləri və yeri yoxdan icad edəndir. Zövcəsi olmadığı halda necə olur ki, övladı olur? Hər şeyi O yaratmışdır və O, hər şeyi biləndir.

İsra/17:40 Rəbbiniz oğulları sizə seçdi sonra da Özünə mələklərdən qızlarımı götürdü? Çox böyük bir iddiadasınız.