Yunus - 10:68
"Allah Özünə övlad götürmüşdü!" dedilər. O, bundan çox Ucadır! O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa Onundur. Sizin bu mövzuda heç bir dəliliniz yoxdur. Allah haqqında bilmədiyiniz bir şeyimi söyləyirsiniz?
İman edənlərin din adı ilə icra etdikləri hər şeyin dəlili kitaba əsaslanır:
Ənam/6:157
Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.
Nisa/4:174
Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və üzərinizə açıq-aşkar bir nur endirdik.
Casiyə/45:20
Bunlar, insanlar üçün aydınladıcı dəlillərdir, qəti inanca sahib bir camaata bir rəhbər (yolgöstərən) və rəhmətdir.
Qasas/28:75
Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.