Yunus - 10:81 Onlar atınca, Musa: "Sizin bu gətirdiyiniz bir sehrdir. Allah əlbəttə onu boşa çıxaracaqdır. Allah fəsad törədənlərin işlərini düzəltməz," dedi.
Sehrbazların sehri necə boşa çıxarıldı?
Əraf/7:116 "Siz atın!" - dedi. Onlar atınca, xalqın gözünü sehrlədilər, onları qorxutdular və beləcə böyük bir sehr ortaya qoydular.
Əraf/7:117 Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:118 Beləcə, gerçək ortaya çıxdı və etdikləri boşa çıxdı.