Yunus - 10:88 Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
Dirilmə günü inkar edənlər acı əzabı görüncə iman edər:
Səcdə/32:12 Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."

Ənam/6:27 Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!

Əraf/7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.

Muminun/23:99 Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100 "(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.

Munafiqun/63:10 Sizə ölüm gəlib və, "Rəbbim, kaş ki, məni qısa bir müdət üçün təxirə salsaydın, yoxsullara yardım edərək, müttəqilərdən ola bilsəm," demədən öncə verdiyimiz ruzilərdən yardım üçün verin.

Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.

İbrahim/14:44 İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?

Ğafir/40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"

Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.

Səcdə/32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."

Şura/42:44 Allah kimi azdırmışsa, artıq Ondan sonra onun bir qoruyucusu yoxdur. Əzabı gördüklərində, zalımların, "Bizim üçün əlavə bir şans yoxdurmu?" dediklərini görərsən.

Şuəra/26:203 O zaman, "Bizə bir az möhlət verilməyəcəkmi?" deyərlər.