Yunus - 10:88 Musa dedi ki: "Rəbbimiz, Sən Firona və onun şurasına dünya həyatında dəbdəbəli şərait və mal verdin. Rəbbimiz, Sənin yolundan azdırsınlar deyəmi? Rəbbimiz, onların mallarını silib-süpür və ağrılı-acılı əzabı görüncəyə qədər iman etməsinlər deyə qəlblərini qatılaşdır."
Firon və tərəfdarlarının dirilmə günü cəzası:
Ğafir/40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:46 Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."