Yunus - 10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
İsrail oğullarının dənizdən keçməsinin təfərrüatı:
Şuəra/26:60
Onları şərqə tərəf təqib etdilər.
Şuəra/26:61
Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62
"Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63
Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:64
Sonra, digərlərini yaxınlaşdırdıq.
Şuəra/26:65
Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.
Şuəra/26:66
Sonra digərlərini boğduq.
Ta ha/20:77
Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.
Bəqərə/2:50
Dənizi yararaq, sizi qurtarmışdıq və Fironun adamlarını da gözlərinizin önündə boğmuşduq.
Əraf/7:138
İsrail oğullarını dənizdən keçirtdik. Özlərinə xas heykəllərə qulluq/xidmət edən bir topluluğa rast gəldilər və: "Musa, bunların tanrıları kimi bizə də bir tanrı düzəlt," dedilər. "Siz, gerçəkdən cahil bir topluluqsunuz," dedi.