Yunus - 10:90 İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
İnkar edənlərin Ölüm anında iman etmələrinin hökmü:
Nisa/4:18 Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Ali İmran/3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.