Yunus - 10:91 "Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."
İnkar edənlərin Ölüm anında iman etmələrinin hökmü:
Nisa/4:18 Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Ali İmran/3:90 İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.