Yunus - 10:91
"Çox gec! Daha öncə baş qaldırmış və fəsad törədənlərdən olmuşdun."
Firon necə baş qaldırdı (üsyan etdi)?
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Əraf/7:103
Sonra, onların ardından Firon və əyanlarına Musanı ayə və möcüzələrimizlə göndərdik; fəqət ayə və möcüzələrimizə qarşı haqsızlıq etdilər. Fəsad törədənlərin sonunun necə olduğuna diqqət et!
Ənfal/8:52
Eyni Fironun tərəfdarlarının və onlardan öncəkilərin gedişi kimi... Allahın ayələrini inkar etdilər. Günahlarına görə Allah da onları yaxalayıb cəzalandırdı. Allah Güclüdür, cəzası çətindir (şiddətlidir).
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Muminun/23:48
İkisini yalanladılar və nəticə olaraq məhv edilənlərdən oldular.
Şuəra/26:23
Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Şuəra/26:24
(Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:25
(Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:27
Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:28
Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Zuxruf/43:51
Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52
"Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:54
Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.