Yunus - 10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
"Dirilmə günü Allah ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında aralarında hökm verəcəcəkdir.": Əlaqəli
Maidə/5:48
Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Ənam/6:164
De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
Bəqərə/2:113
Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
Yunus/10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
Nəhl/16:124
Şənbə günü, sadəcə onda ayrılığa (ixtilafa) düşənlərə vacib edilmişdi. Rəbbin ayrılığa (ixtilafa) düşdükləri mövzuda Dirilmə günü aralarında hökm verəcəkdir.
Ənbiya/21:93
Fəqət onlar işlərində ayrılığa (ixtilafa) düşdülər; hamısı bizə dönəcəklər.
Səcdə/32:25
Rəbbin, ayrılığa (ixtilafa) düşdükləri mövzularda onların arasında dirilmə günü qərar verəcəkdir.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Zumər/39:46
De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."
Şura/42:15
Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.
Casiyə/45:17
Onlara açıq-aşkar əmrlər verdik. Onlara bilgi gəldikdən sonra, aralarındakı paxıllıqdan ötrü ayrılığa (ixtilafa) düşdülər. Dirilmə Günü sənin Rəbbin, ayrılığa düşdükləri mövzularda onların arasında hökm verəcəkdir.