Yunus - 10:98 İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.
Yunusun xalqı:
Saffat/37:141 Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:143 (Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144 Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.
Saffat/37:145 Onu çöl kimi bir sahilə atdıq, yorğun və halsız...
Saffat/37:146 Və onun üçün orada geniş yarpaqlı ağac yetişdirdik.
Saffat/37:147 Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148 İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).