Məsəd - 111:1
Atəş körükləyənin əlləri məhv olsun, zatən özü məhv oldu.
"Atəş çıxaran (qızışdıran)": Məqsəd nədir?
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Nəml/27:90
Kim pislik gətirərsə, atəşə üzüstə düşər. "Etdiklərinin qarşılığından başqasınımı gözləyirdin?"
Bəqərə/2:174
Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.
Nisa/4:10
Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.
Əraf/7:38
"Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
Yunus/10:8
Məhz onların yeri, qazandıqlarına görə atəşdir.