İxlas - 112:3 "Doğmamışdır, doğulmamışdır."
Allah doğulmamışdır:
Hədid/57:3 O Əvvəldir, Axırdır. O ən Zahirdəkidir, ən Batindəkidir. O hər şeyi Bilir.


Qasas/28:88 Allah ilə birlikdə heç bir tanrını çağırma! Ondan başqa tanrı yoxdur. Onun varlığı xaric hər şey məhv olmağa məhkumdur. Hökm tamamilə Onundur və siz Ona döndəriləcəksiniz.

Rahmən/55:27 Ancaq Görkəmli və Şərəfli Rəbbinin varlığı qalıcıdır.

Furqan/25:58 Ölümsüz və Diri Olana güvən; Onu tərifləyərək ucalt. Qullarının günahlarını, Onun bilməsi kifayətdir.