Fələq - 113:4 "Aravuranların, sözləşmələri (müqavilələri) pozanların şərrindən."
Şəfəqin Rəbbi:
Bəqərə/2:257 Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.

Tovbə/9:32 Allahın nurunu ağızlarıyla söndürmək istəyərlər. Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır.

İbrahim/14:1 Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...

Ənbiya/21:48 Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.

Əhzab/33:43 O ki, sizi qaranlıqlardan nura (aydınlığa) çıxarmaq üçün mələkləri ilə birlikdə sizi dəstəkləyir. O, iman edənlərə qarşı Rəhmlidir.

Şura/42:52 Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.

Hədid/57:9 Sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri nazil edən Odur. Şübhəsiz, Allah sizə qarşı Şəfqətlidir, Rəhmlidir.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.