Hud - 11:100 Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Məhv edilən (biçilən) cəmiyyətlərə örnəklər:
Furqan/25:35 Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.
Furqan/25:36 "Siz ikiniz, ayələrimizi yalanlayan bu camaatın yanına gedin," dedik. Bunun ardından onları fəlakətə sürükləyib məhv etdik.

Şuəra/26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"
Şuəra/26:135 "Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136 Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137 "Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:139 Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.

Qasas/28:43 İlk nəsilləri (Nuh, Hud, Saleh, Lut və Şueybin xalqlarını) məhv etdikdən sonra Musaya, insanları aydınladan bir yol göstərən və rəhmət olaraq Kitabı verdik;  bəlkə öyüd alarlar deyə.

Ənkəbut/29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.

Rum/30:9 Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.

Saffat/37:137 Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,

Fussilət/41:15 Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
Fussilət/41:16 Nəhayət, onlara dünya həyatında alçaldıcı əzabı daddırmaq üçün uğursuz günlərdə üzərlərinə sərt bir külək göndərdik. Axirət əzabı isə daha alçaldıcıdır və onlar yardım görməzlər.

Duxan/44:37 Onlarmı, yoxsa Tubba əhalisi və onlardan öncəkilərmi daha yaxşıdır? Günahkar olduqları üçün onları məhv etmişdik.

Muhəmməd/47:13 Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.

Qaf/50:12 Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.

Nəcm/53:52 Və ondan öncə Nuhun xalqını da; onlar çox zalım və çox azğın kimsələr idi.