Hud - 11:101
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
İnsanlar inanclı olarsa:
Əraf/7:96
Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.
Zuxruf/43:33
Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Saffat/37:139
Yunus da, elçilərdən biri idi.
Saffat/37:140
Dolu bir gəmiyə qaçmışdı.
Saffat/37:141
Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:142
Balıq onu uddu, bundan o məsul idi.
Saffat/37:143
(Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144
Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.
Saffat/37:145
Onu çöl kimi bir sahilə atdıq, yorğun və halsız...
Saffat/37:146
Və onun üçün orada geniş yarpaqlı ağac yetişdirdik.
Saffat/37:147
Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148
İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Hud/11:117
Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.
Nəhl/16:112
Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.
Nisa/4:147
Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.
Yunus/10:98
İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.
Hud/11:52
"Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"
Zuxruf/43:34
Evlərinə qapılar və komfortlu mebellər.
Zuxruf/43:35
Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.
Maidə/5:66
Tövratı, İncili və onlara nazil edilənləri tətbiq etsəydilər, onları başdan ayağa nemətlərə boğardıq. Onların arasında mötədil bir camaat olsa da, əksəriyyəti pis işlər görməkdədir.
Nuh/71:10
Dedim ki, "Rəbbinizdən bağışlanma diləyin; O, çox Bağışlayandır."
Nuh/71:11
"Sizə göydən bol yağmur göndərsin."
Nuh/71:12
"Sizi bol para (pul) və övladlarla dəstəkləsin, sizə bağçalar və çaylar versin."
Nuh/71:13
Sizə nə olub ki, Allaha hörmət göstərmək istəmirsiniz?