Hud - 11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
Əlaqəli:
Hud/11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.

Məryəm/19:87 Rəhmanın yanında söz almış olanlardan başqası şəfaət (vasitəçilik) edə bilməz.

Ta ha/20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Ta ha/20:109 O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.

Ənbiya/21:28 O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.

Səba/34:23 Onun qatında şəfaət fayda verməz; ancaq izin verdiyi xaric. Nəhayət, ürəklərindəki qorxuları keçib gedincə, "Rəbbiniz nə dedi?" deyərlər. "Gerçəyi söylədi" deyərlər. O Ən Ucadır, Ən Böyükdür.

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...

Nəbə/78:38 Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.