Hud - 11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
"Onlar orada sızıldayıb, inildəyərlər.": Əlaqəli
İbrahim/14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."

Ğafir/40:49 Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50 Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."

Əraf/7:38 "Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.

Ənbiya/21:100 Onlar üçün orada iç çəkib inləmək vardır; heç bir şey də eşidə bilməzlər.

Kəhf/18:29 De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"

Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.

Ənam/6:27 Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!

Əraf/7:53 Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.

Ğafir/40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"

Furqan/25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
Furqan/25:14 Bu gün bir ölüm deyil, çoxlu ölüm çağırın.

Mulk/67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Mulk/67:10 "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.

Bəqərə/2:167 Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.

Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."