Hud - 11:109 Bunların qulluq/xidmət etdiklərindən heç bir şübhən olmasın. Eyni daha öncəki atalarının qulluq/xidmət etdiyi kimi qulluq/xidmət edirlər. Onların nəsiblərini əskiksiz olaraq özlərinə ödəyəcəyik.
"Eyni daha əvvəlki atalarının qulluq/xidmət etdiyi kimi xidmət edirlər.": Əlaqəli
Hud/11:109 Bunların qulluq/xidmət etdiklərindən heç bir şübhən olmasın. Eyni daha öncəki atalarının qulluq/xidmət etdiyi kimi qulluq/xidmət edirlər. Onların nəsiblərini əskiksiz olaraq özlərinə ödəyəcəyik.

Qamər/54:43 Sizin inkar edənləriniz onlarınkındən daha yaxşıdırmı? Yoxsa Kitablarda özünüz üçün bir əfv elanınamı rast gəldiniz?

Tovbə/9:69 Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.

Əraf/7:169 Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?

Ənam/6:65 De ki: "Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə, yaxud sizləri məzhəblərə bölüb bir-birinizin pisliyini daddırmağa Onun gücü yetər." Gör ayələrimizi necə izah edirik ki, bəlkə anlasınlar.
Ənam/6:153 Bax bu mənim ən doğru yolumdur. Ona tabe olun, başqa yollara uymayın; çünki onlar, sizi Onun yolundan ayırırlar. Bunlar, dinləyərsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Ənam/6:159 Dinlərini parçalara ayırıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır; Sonra onlara vəziyyətlərini xəbər verəcəkdir.

Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...

Rum/30:32 Onlar ki, dinlərini parçaladılar və məzhəb-məzhəb oldular. Hər partiya özünə aid (imam və kitab)larla sevinib öyünməkdədir.

Furqan/25:30 Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."

Hicr/15:90 Eyni şəkildə o bölücülərlə də məşğul olacağıq.
Hicr/15:92 Rəbbinə and olsun ki, hamısından soruşacağıq

Hədid/57:16 İman edənlər üçün Allahın mesajına və nazil olan gerçəyə könüllərini açmağın vaxtı gəlmədimi? Daha öncə özlərinə kitab verilənlər kimi olmasınlar; onların üzərindən uzun zaman keçincə qəlbləri qatılaşmışdı. Onların əksəriyyəti yoldan çıxmış kimsələrdir.

Furqan/25:30 Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."

Yunus/10:59 De ki, "Allahın sizə endirdiyi ruzilərin bir qismini halal, bir qismini də haram etdiyinizi görmürsünüzmü?" De ki, "Allahmı sizə izin verdi, yoxsa Allaha iftiramı edirsiniz?"