Hud - 11:17 Daha öncə Musanın kitabı bir öndər və rəhmət olduğu halda, indi Rəblərindən gələn bir şahidin gətirdiyi qəti bir dəlilə sahib olanlar ki var, bax onlar ona iman edərlər. Hansı qrup onu inkar edərsə yeri atəşdir. Ondan heç bir şübhən olmasın. O, Rəbbindən gələn bir gerçəkdir. Halbuki insanların əksəriyyəti iman etməz.
Nazil edilən kitablar bağışlanmamızın əsaslarını ehtiva edən rəhmətdir:
Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.

Əraf/7:204 Quran oxunduğu zaman, ona qulaq asıb dinləyin ki, sizə mərhəmət edilsin.