Hud - 11:17
Daha öncə Musanın kitabı bir öndər və rəhmət olduğu halda, indi Rəblərindən gələn bir şahidin gətirdiyi qəti bir dəlilə sahib olanlar ki var, bax onlar ona iman edərlər. Hansı qrup onu inkar edərsə yeri atəşdir. Ondan heç bir şübhən olmasın. O, Rəbbindən gələn bir gerçəkdir. Halbuki insanların əksəriyyəti iman etməz.
Musanın kitabının öndər və rəhmət xüsusiyyəti:
İsra/17:2
Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
Ənam/6:154
Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
Əraf/7:145
Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Muminun/23:49
Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.
Əhqaf/46:12
Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.