Hud - 11:27 Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Elçiləri yalançı hesab edən cəmiyyətlər:
Qaf/50:12 Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:14 Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.

Sad/38:12 Onlardan öncə Nuh xalqı, Ad və piramidalar sahibi Firon da yalanlamışdı.
Sad/38:13 Səmud, Lut xalqı və Əykəlilər də... Onlar partiyalardı (firqələrdi). 
Sad/38:14 Hamısı da elçiləri yalanladılar və cəzama layiq oldular.

Həcc/22:42 Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:44 Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...