Hud - 11:35
"Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."
"Mən günahımdan məsuliyyətli olacağam, işlədiyiniz günahlarla mənim əlaqəm yoxdur.": Məqsəd nədir?
Ənam/6:164
De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
İsra/17:15
Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.
Fatir/35:18
Kimsə kimsənin günahını yüklənməz. Günahla yüklənmiş birisi yükünü daşımaq üçün əqrəbalarını belə çağırsa onun yükündən heç bir şey daşınmaz. Sən yalnızca, öz başlarına ikən Rəblərinə hörmət edən və namazı qoruyan şəxsləri xəbərdar edə bilərsən. Kim özünü təmizləyərsə, öz xeyrinə təmizlənmişdir. Dönüş Allahadır.
Zumər/39:7
İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.
Nəcm/53:38
(Ona görə) ki, heç bir kimsə başqa birisinin günah yükünü daşımaz,
Nəcm/53:39
İnsan üçün ancaq öz çalışması (cəhdi) vardır.
Muddəssir/74:38
Hər kəs öz günahı ilə məhkum olar.