Hud - 11:44
Və deyildi ki: "Ey torpaq, suyunu ud! Ey göy, sən də tut." Su sakitləşdi, qərar yerinə yetirildi, Cudi (Judea) üzərinə oturdu və "Zalımlar uzaq olsunlar!" deyildi.
"Ey torpaq suyunu ud, ey göy sən də tut." - Bütün işlərin kontrolu Allaha aiddir:
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Nur/24:44
Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.
Ya sin/36:40
Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.
Ənbiya/21:87
ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Yunus/10:31
De ki: "Sizə göydən və yerdən kim ruzi verir? Eşitmə və görmə duyğularınızı kim kontrol edir? Ölüdən dirini, diridən ölünü kim çıxarır? Bütün işləri kim idarə edir?" "Allah," deyəcəklər. De ki: "Elə isə nə üçün müttəqi davranmırsınız?"
Səcdə/32:5
Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.
Loğman/31:29
Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?
Ali İmran/3:109
Göylərdə və yerdə nə varsa Allahındır və bütün işlər Allah tərəfindən kontrol edilir.
Ali İmran/3:120
Sizə bir yaxşılıq toxunsa onlar üzülər, başınıza bir pislik gəlsə ona sevinərlər. Çətinliklərə qarşı müqavimət göstərər və müttəqi davranarsanız intriqaları sizə heç bir zərər verməz. Allah (onların) bütün etdiklərini kontrol edər.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Ənam/6:102
Məhz Rəbbiniz Allah budur. Ondan başqa tanrı yoxdur. Hər şeyin Yaradıcısıdır! Ona qulluq edin! O, hər şeyi kontrol edər.
Hud/11:12
"Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.
Hud/11:56
"Mən, Rəbbim və Rəbbiniz olan Allaha güvəndim. Onun kontrol etmədiyi heç bir canlı (məxluq) yoxdur. Rəbbim ən doğru yolun üzərindədir."
Hud/11:57
"Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Rad/13:31
Əgər o dağları hərəkətə gətirən, yaxud yer üzünü parçalayan, yaxud ölüləri dirildən bir Quran olsaydı belə (onlar yenə iman etməzdi). Bütün işlər Allahın kontrolundadır. İman edənlər hələ də anlamadılarmı ki, Allah istəsəydi bütün insanları doğruya yetişdirərdi. İnkar edənlər, Allahın sözü yerinə yetincəyə qədər etdiklərinə qarşılıq olaraq ya başlarına, ya da yaxınlarına üz verəcək bir fəlakətə uğrayacaqlar. Allah sözündən dönməz.
Rad/13:33
Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.
İbrahim/14:46
Onlar planlarını qurdular, halbuki planları Allahın kontrolundaydı. Planları dağları yerindən oynadacaq qədər olsa belə...
Həcc/22:76
O onların keçmişini də, gələcəyini də bilir. Və bütün işlər Allah tərəfindən kontrol edilir.
Loğman/31:22
Kim, gözəl davranaraq tamamilə Allaha yönələrsə, ən sağlam bağdan yapışmış olar. Bütün işləri Allah kontrol edər.
Səba/34:2
Yerə girən və ondan çıxanı, göydən enən və ona yüksələn hər şeyi Bilir. O, Bağışlayandır, Rəhmlidir.
Səba/34:21
Əslində onun, onlar üzərində hökmranlığı (məcburi etdirmə gücü) yoxdu. Ancaq, axirətə iman edəni, ondan şübhə edəndən beləcə ayırarıq. Rəbbin hər şeyi kontrol etməkdədir.
Fatir/35:4
Səni yalanlayarlarsa, səndən öncəki elçilər də yalanlandı. Hər şey Allaha həvalə edilir.
Zumər/39:62
Allah hər şeyin Yaradıcısıdır. O, hər şeyi kontrol edər.
Şura/42:12
Göylərin və yerin bütün kontrolu Ona aiddir. İstədiyinə ruzini bol verər və ya azaldar. O hər şeyi Biləndir.
Rahmən/55:29
Göylərdə və yerdə olan hər kəs Ona yalvarır. O hər gün fasiləsiz kontrol etməkdədir
Leyl/92:13
Son da, Əvvəl də Bizə aiddir.