Hud - 11:50 Ad xalqına da qardaşları Hudu... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Siz ancaq uydurursunuz."
Ad qövmünün uydurduğu nə idi?
Şuəra/26:124 Qardaşları Hud onlara demişdi ki, "Müttəqi davranmayacaqsınız?"
Şuəra/26:127 "Buna qarşılıq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:128 "Hər təpənin üzərinə bir işarət (bir inşa) yerləşdirib vaxt keçirirsiniz?"

Əhqaf/46:21 Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.