Hud - 11:51 "Ey xalqım, buna qarşılıq olaraq sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim, məni ilk Yaradandan başqasına düşməz. Ağlınızı istifadə etmirsiniz?"
Buna qarşılıq sizdən bir pul (muzd) istəmirəm: Məqsəd nədir?
Sad/38:86 De ki, "Buna qarşılıq olaraq sizdən bir ücrət istəmirəm. Mən bir saxtakar deyiləm."

Qaləm/68:46 Yoxsa sən onlardan bir ücrət istəyirsən, onlar da ağır bir borc altında qalırlar?

Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.