Hud - 11:57
"Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."
Üz çevirərlərsə elçinin görəvi sadəcə bildirməkdir:
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Nəhl/16:82
Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.
Ənbiya/21:109
Əgər üz çevirərlərsə, de ki, "Sizə yetərli şəkildə bildirdim. Sizə söz verilən şeyin yaxın və ya uzaq olduğunu bilmərəm.
Fussilət/41:13
Üz çevirərlərsə, de ki, "Sizi Ad və Səmud ildırımına bənzər bir ildırımla xəbərdar etdim."
Maidə/5:92
Allaha tabe olun, elçiyə tabe olun və diqqətli olun. Üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən görəv, açıq-aydın bildirməkdir.
Şura/42:48
Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.
Maidə/5:99
Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.
Ənam/6:48
Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.
Rad/13:40
Onlara söz verilənlərin bir qismini sənə göstərsək də, sənin canını alsaq da, sənin öhdənə düşən görəv bildirməkdir. Haqq-hesab isə bizə düşər.
Nəhl/16:35
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Nur/24:54
De ki, "Allaha və elçiyə tabe olun. Rədd edərsəniz, o öz görəvinə cavabdehdir, siz də öz görəvinizə cavabdehsiniz. Ona tabe olsanız, doğrunu taparsınız. Elçinin tək görəvi, mesajı açıq şəkildə bildirməkdən ibarətdir.
Furqan/25:56
Biz səni bir müjdələyici və xəbərdarlıq etməkdən başqa bir görəvlə göndərmədik.
Ənkəbut/29:18
Yalanlayarsanız, sizdən öncəki camaatlar da yalanlamışdılar. Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir.
Ya sin/36:16
Dedilər ki, "Rəbbimiz bilir ki, biz sizə göndərildik."
Ya sin/36:17
"Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.
Təğabun/64:12
Allaha tabe olun, elçisinə tabe olun. Üz çevirsəniz, elçimizin görəvi açıq-aydın bildirməkdən ibarətdir.
Naziat/79:42
Səndən, "Saat (dünyanın sonu) nə zaman gerçəkləşəcəkdir?" deyə soruşurlar.
Naziat/79:43
Onu bildirmək, (ey Muhəmməd) sənin görəvin deyildir.
Naziat/79:44
Onun qərarı Rəbbinə aiddir.
Naziat/79:45
Sənin görəvin, sadəcə ondan qorxanları xəbərdar etməkdir.