Hud - 11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."
Mələklər Lutun qövmünə nə məqsədlə göndərildi?
Hicr/15:58 "Biz, günahkar bir camaata göndərildik;"
Hicr/15:59 "Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."
Hicr/15:60 "Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.

Ənkəbut/29:28 Lutu da göndərdik! Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin işləmədiyi ölçüdə bir günahı işləyirsiniz."
Ənkəbut/29:29 "Siz kişilərlə cinsi əlaqə  qurur, yolları kəsir və toplantılarınızda hər pisliyi işləyirsiniz. Xalqının bircə cavabı, "Doğrulardansansa, Allahın əzabını gətir görək," demələri oldu.
Ənkəbut/29:30 "Rəbbim, bu fəsadçı topluluğa qarşı mənə zəfər ver," dedi.
Ənkəbut/29:31 Elçilərimiz İbrahimin yanına müjdə ilə daxil oluqları zaman, "Bu şəhərin (Sodom) sakinlərini məhv etmək üzrəyik. Çünki oranın sakinləri zalım oldular," dedilər.

Hicr/15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.

Ənam/6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.